Kriminal

Qadın qadını aldatdı: "Sənə ceyran yağı alacam" - Şok cinayət

13 Mart 2019 18:59
0 Şərh     Baxış: 2 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində dələduzluqda təqsirli bilinən Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Qəmər Ağamirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Qəmər Ağamirzəyeva Şahnaz Nəbiyevanın övladı İradə Nəbiyevanın bir həftə ərzində öləcəyi barədə yalan məlumat verib.

O, İradə Nəbiyevaya edilmiş "cadu"nu təmizləyəcəyi barədə yalan vəd verib.

Aldatma yolu ilə Şahnaz Nəbiyevadan 5 avqust 2016-cı il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda dua oxuyub, qaytaracağı adı ilə 1200 manat dəyərində tros boyunbağını, 600 manat dəyərində üzərində kulon olan boyubağını, 400 manat dəyərində sırğaları, 200 manat dəyərində qızıl üzüyü, 150 manat dəyərində qızıl üzüyü alıb.

Qəmər Ağamirzəyeva həmçinin "ceyran yağı" almaq adı ilə 2016-cı ilin avqustun ortalarında Şahnaz Nəbiyevadan 1500 manat, avqustun 20-də 1500 manat, avqustun 27-də 3-cü mikrorayon ərazisində 38 saylı körpələr evi uşaq baxçasında otaqlardan birində 1000 manat alıb.

Qəmər Ağamirzəyeva tərəfindən aldadıldığını başa düşən Şahnaz Nəbiyeva hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq orqanı tərəfindən Qəmər Ağamirzəyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Qəmər Ağamirzəyeva 4 min manat dəyərində cərimə olunub. Hökmdən narazı qalan Qəmər Ağamirzəyeva apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

Zərərçəkmiş Şahnaz Nəbiyeva da apelyasiya şikayəti verib. O, Sumqayıt şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini, Qəmər Ağamirzəyevanın barəsində həbs cəzasının təyin edilməsini istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayətləri təmin olunmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.