Kriminal

Bakıya uçan təyyarəyə külli miqdarda pul keçirmək istədi, tutuldu

12 Mart 2019 19:49
0 Şərh     Baxış: 1 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan vətəndaşı Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mineralnıye Vodı gömrük idarəsi məlumat yayıb. 

Bildirilib ki, martın 10-da azərbaycanlı sərhəddən 1,1 milyon rublu (28 380 AZN -red.) qanunsuz olaraq keçirməyə cəhd edib. 

Həmin şəxs vətənə dönmək üçün "Mineralnıye Vodı - Bakı" reysinə minmək istəyərkən saxlanılıb. Ancaq yoxlamalar zamanı problem olub. Məlum olub ki, o, üzərindəki külli miqdarda pulu qeydiyyata salmayıb. 

Həmin məbləğ müsadirə edilib və onu böyük həcmdə cərimə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.