Kriminal

“Dostuma qoşulub getdim” - İşlədikləri evi qarət edən ustalar - VİDEO - FOTO

12 Mart 2019 12:19
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evlərdən oğurluq edən ustalar saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Abşeron rayonunun Fatmayi kəndində yeni tikilən evlərdən oğurluq edilməsi ilə bağlı rayon polis idarəsinin Mehdiabad polis bölməsinə məlumat daxil olub.

Dərhal mənzillərə baxış keçirilib. Araşdırma zamanı həmin evlərdən birində usta işləyən 39 yaşlı Məmməd Əliyev və dostu 36 yaşlı Natiq Şükürov saxlanılıblar. Onlar 5 mənzildən müxtəlif tikinti materialları oğurladıqlarını etiraf ediblər.

Məmməd Əliyev - Saxlanıla şəxs: "Fatmayidə bağ evində işləyirdim. Dostum gəlib təklif etdi ki, filan yerdə filan şeylər var. Gəl onları götürək. Dostuma qoşulub gedib həyətdən armatur, dəmir çıxardıq. 50-100 manata satdıq".

Natiq Şükürov - Saxlanılan şəxs: "Dostumla bərabər evə girdik, generator, qaz balonu, işıq spotları vardı, onları götürdük".

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Dostuma qoşulub getdim" - İşlədikləri evi qarət edən ustalar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.