Kriminal

Moskvada qadını bıçaqlayan 32 yaşlı azərbaycanlı saxlanıldı

21 Fevral 2019 17:38
1 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın şimal-şərqində qadına bıçaqla xəsarət yetirən 32 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 21-də gecə saatlarında baş verib. Belə ki, Qana vətəndaşı olan 22 yaşlı qadın 37 yaşlı sevgilisi ilə gecə klubundan qayıdarkən yolda azərbaycanlının bıçaqlı hücumuna məruz qalıb. Kürəyindən bıçaqlanan qadın xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan Azərbaycan vətəndaşı isə saxlanılıb. Onun paytaxt yataqxasında qaldığı və işsiz olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.