Kriminal

“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandılar - VİDEO

18 Fevral 2019 14:00
3 Şərh     Baxış: 5 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət bu il yanvarın 28-də Nijnevartovsk şəhərində kriminal avtoritet Taleh Orif oğlu Əliyevə qəsd edən 23 və 39 yaşlı azərbaycanlı killerlərdən gedir.

Qeyd olunur ki, Nijnevartovskun Marjal Jukov küçəsində 39 yaşlı şəhər sakini evinin qarşısında güllələnib. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

İstintaqa görə, sui-qəsdin sifarişçisi "Lotu Quli" kimi tanınan "qanuni oğru" Nadir Səlifovdur. O, Nijnevartovsk bazarlarına nəzarət uğrunda T. Əliyevi güllələtdirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisədə şübhəli bilinən daha bir nəfər beynəlxalq axtarışa verilib.

"Mash" teleqram-kanalı sui-qəsdlə bağlı yeni məlumat əldə edib. Bildirilir ki, "Lotu Quli"nin Rusiyada müvəkkili Vasif Dünyamalıyev Xantı-Mansiysk muxtar vilayətinə gələrək yerli bazarlara nəzarət üçün razılaşma əldə etmək istəyib. Lakin o, avtoritet Taleh Orif oğlu Əliyevdən rədd cavabı alıb. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb.

"V. Dünyamalıyevə tabe olan, "Malış" ləqəbli Asif Əliyev yanvarın 23-də T. Əliyevlə görüşərək ona artıq biznesini "Lotu Quli"yə təhvil verməli olduğunu deyib. Taleh isə Vasifi qovaraq Nijnevartovska yaxın durmamağı bildirib. Bundan sonra "Malış" Talehin "işini görmək" üçün iki killerlə danışıb. Növbəti günlərdə T. Əliyevə qarşı sui-qəsd cəhdi olub", - məlumatda vurğulanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
СОБР на задержании двух подозреваемых в покушении на убийство оперативная съёмка

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.