Kriminal

Şəmkirli keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu

17 Fevral 2019 18:07
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

Milli.Az-ın "Sputnik Azərbaycan"a istinadən məlumatına görə, onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 5 qram olan 2 büküm narkotik vasitə heroin və çəkisi 8 qram olan bir büküm tiryək aşkar olunaraq götürülüb.

Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd "Makarov" markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.