Kriminal

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla - FOTO

17 Fevral 2019 13:04
0 Şərh     Baxış: 2 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ələ keçirilən şəxslər azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun adamları olub. 

Məlumata görə, biznesmen Nikolay D.-yə qarşı soyğun ötən ilin dekabrın 13-də baş verib. Latviya nömrəli "Mersedes" avtomobilində biznesmenə yaxınlaşan 4 cinayətkar odlu silahdan ona atəş açıblar və 700 min qriven, həmçinin 23 min dollar ələ keçirərək gizləniblər. 

Zərərçəkən isə budundan aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Axtarış zamanı dəstənin üç üzvü yaxalanıb. Onlara aid xeyli silah, həmçinin İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovanın 300-dən çox pasportu ələ keçirilib. 

Qeyd edilir ki, Lotu Qulinin klanı Ukrayna kriminal "bazar"ında nəzarəti ələ keçirməyə çalışır. 

Bununla yanaşı, zərərçəkən özü də daha əvvəl hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. O, saxta pul vəsaitlərinin hazırlanması, saxlanılması və alqı-satqısında ittiham edilir.  Hazırda onun cinayət işinə Odessa məhkəməsində baxılır. Axtarış zamanı ondan xeyli sayda saxta dollarlar götürülüb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.