Kriminal

Tanış olduğu qadının evinə gedən şəxsi hədələyib pul aldılar - Bakıda

15 Fevral 2019 21:40
0 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

Növbəti məhkəmə iclasında fevralın 27-də davam etdiriləcək. 

Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Vüsal Məmmədovdan (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Məmmədov ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

Onun sözlərinə görə, sonradan həmin evə gələn digər naməlum şəxslər özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan H.Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.