Kriminal

"Yazmışdılar ki, bu işi imkansızlıqdan etmişəm" - Pulu oğurlanıb qaytarılan şəxs - VİDEO - FOTO

13 Fevral 2019 17:45
1 Şərh     Baxış: 1 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haram pul istəmirəm.

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə yanvarın 25-də rayonun Qullar kəndində baş verib.

Kənd sakini Sabir Teliyev yaşadığı evdən oğurluq olması barədə rayon polis şöbəsinə müraciət edib. 15 gün sonra isə oğurluq edənlər pulun böyük bir hissəsini məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar. Məktubda bu sözlər yazılıb: "Biz haram pul istəmirik".

Sabir Telliyev - Zərərçəkən: "Yazmışdılar ki, bu işi imkansızlıqdan etmişəm. İndi tövbə etmişəm, pulu xərcləyə bilmərəm. Bu evin adamının işi deyil. Qalan pulu da qaytaracam".

Araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Görülməmiş OLAY: Peşman olub oğurladığı pulları GERİ QAYTARDI

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.