Kriminal

Qətlə yetirilən gəncin ailəsi daxili işlər naziri ilə görüşmək istəyir

13 Fevral 2019 13:25
3 Şərh     Baxış: 3 983

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində qətlə yetirilmiş 19 yaşlı Radim Qurbanovun ailəsi ölkənin daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edir.

Milli.Az report-a istinadən xəbər verir ki, azərbaycanlı ailə nazirə R.Qurbanovu qətlə yetirən Elbrus Süleymanovun ailəsinin Qaracalar kəndindən köçürülməsi ilə bağlı müraciət hazırlayıb.

Qurbanovlar ailəsi iddia edir ki, E.Süleymanovun saxlanılması kifayət deyil, belə ki, Süleymanovlar ailəsi kənddə yaşayır və bu da iki ailə arasında olan gərginliyi artırır.

R.Qurbanovun əmisi Ruslan Qurbanovun bildirdiyinə görə, onlar fevralın 5-də Süleymanovlar ailəsinin kənddən köçürülməsi tələbi ilə aksiya keçiriblər: "Lakin vəziyyət dəyişməz olaraq qalır. Biz imza toplayıb daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edəcəyik. Biz naziri kənddə iki ailə arasında olan vəziyyət ilə tanış edəcəyik və Süleymanovların kənddən tezliklə köçürülməsini xahiş edəcəyik. Kənd əhalisinin əksəriyyəti də bizi dəstəkləyir".

Qeyd edək ki, R.Qurbanov fevral ayının 1-də Qaracalar kəndinin məscidi yaxınlığında qətlə yetirilib. Onu qətlə yetirən 25 yaşlı E.Süleymanov polisə təslim olub. Qətlə Qurbanovlar və Süleymanovlar arasında qan davası səbəb olub.

Azərbaycanlı gəncin qətlə yetirilməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır. Qaracalarda baş vermiş qətldən sonra polis əməkdaşları kənd sakinlərinin təhlükəsizliyi və ictimai asayişin təmin edilməsinə cəlb olunub. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    $$$. · 13 Fevral 13:4870

    Kecmişin qalıqları. Millət kosmosa turist kimi ucmaqa hazırlaşır , bunlar ibtidai icma quruluşundan qalma təfəkkurlə yaşayıb bir birlərini qırırlar .

    Cavab yaz
    • Anonim
      kate · 13 Fevral 14:2321

      Tam razıyam. Bu səbdəndir ki Gürcüstanda hansısa qatilə adidə qoyulur. Bizimkilərsə bir- birini qırmaqla məşğuldur.

      Cavab yaz
  • Anonim
    Tam Maxfi · 13 Fevral 14:2920

    Qirib qurtarin bir birinizi.Bize dusmen lazim.deyil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.