Kriminal

Azərbaycanda oğrular apardıqları 49 min dolları qaytardılar - “Biz haram pul istəmirik”

12 Fevral 2019 16:12
5 Şərh     Baxış: 3 000

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən Rayon Polis Şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə "Biz haram pul istəmirik" məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar. 

Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.

Araşdırmalar davam etdirilir.

Milli.Az 

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    · 12 Fevral 16:2641

    Oğrular haramı geri qaytatdılar. Görəsən haram pulun yiyəsi nə edəcək?Sabir Teliyev hansı vəzifə sahibidir?

    Cavab yaz
  • Anonim
    , · 12 Fevral 16:4141

    Ister halal pul olsun, ister de haram eger ogurlayiblarsa haramdi.

    Cavab yaz
  • Anonim
    ELNUR · 12 Fevral 20:5800

    goresen niye bir deyen yoxdurki ay ev yeyesi sen bu 49 min dollari hardan elden etmisen ve ne yolnan

    Cavab yaz
  • Anonim
    Prins · 13 Fevral 01:5100

    nağıllar dünyasına xoş gəlmisiniz

    Cavab yaz
  • Anonim
    Sami · 15 Fevral 12:0900

    Narahat olma o 49 min dollarin yiyesinin derisin soyacaqlar ogrular aparsaydi ondan yaxwi olardi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.