Kriminal

Bakıda hoteldə sevgilisini 33 bıçaq zərbəsi ilə öldürən qadının məhkəməsi başladı

12 Fevral 2019 16:09
3 Şərh     Baxış: 1 228

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda göstərilib ki, G.Hüseynova sevgilisini onunla rəsmi nikaha girmədiyi üçün qətlə yetirib. G.Hüseynova özünü qismən təqsirli bilib.

Prosesdə ifadə verən sahə müvəkkili, polis mayoru Müşviq Cabbarov bildirib ki, sahə inspektoru olduğu üçün hadisə yerinə gedib: "Gördüm hər tərəf qan içindədir. Pəncərələr sınıb, oğlan isə artıq ölmüşdü. Qız mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olublar. 1 il müddətinə sevgili olublar. Sonradan oğlan onun bakirəliyini pozub. Qız oğlana onunla evlənməsini tələb edib, oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb".

Hadisə vaxtı hoteldə olduğunu deyən polis əməkdaşı Ülvi Mirzəzadə isə qeyd edib ki, qışqırıq səsinə gəlib, otağın qapısını sındırıb: "İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan da qan içindədir. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin".

Proses gələn həftə davam edəcək.

İttihama görə, ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" hoteldə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib. Məlumata görə, G.Hüseynovanın V. Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    /// · 12 Fevral 16:2120

    Qizki hotele gecelemeye getdise apar tulla,Oglanda sevirdise niye valdeyinlerin Yanina yox otele aparib.Her iyrenc herekete Sevgi adi qoymuyun.

    Cavab yaz
  • Anonim
    Men · 12 Fevral 19:4700

    Vay o gunden qiz qiza bunun kimilərçün deyilib

    Cavab yaz
  • Anonim
    *** · 12 Fevral 20:0300

    Bu günellər niye qızıb belə. Biri də bizim qonşu luqda var. O da ozunden kiçik oğlanla yaşıyıb sonra başlıyıb oglanı şantaş eləməyə ki meni almalısan. Qadın qazax herbi hissede işləyirdi. Bu da oglandan 5-6 yaş boyukdu və helə 3 qızı da var. Oğlanda deyilənə gorə zabitdi. Qadın onu şantaj edib küllü miqdarda pul tələb edb zabit də özünü asıb. Qadın ərdədi. Bu qadının uşaqları da bilinmir kimdəndi. Oğlan tanınmış ailədən olduğundan özünü ona sırımağ istəyirdi. Vallah kinodu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.