Kriminal

“Skameykada oturan cütlüklə söhbəti 100 manata həll etdik” - Keçmiş polis

12 Fevral 2019 15:24
1 Şərh     Baxış: 1 522

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Şaban Məmmədovun məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyərək əlavə edib ki, 7 il 6 ay Çevik Polis Alayında xidmət edib və daha sonra xidmətdən qovulub: "Hadisə günü "Ukrayna" dairəsi yaxınlığında parkda gəzirdim, gənc oğlanla bir qızın skameykada yan-yana oturduğunu gördüm. Onlara yaxınlaşıb polis əməkdaşı olduğumu deyib niyə bir yerdə oturduqlarını, qızın ailəsinin bundan xəbəri olub-olmadığını soruşdum. Sonra söhbəti 100 manata həll etdik. Mən də çıxıb getdim. Məqsədim asayişi qorumaq idi".

Zərərçəkmiş Ülvi Abdullazadə deyib ki, nişanlısı ilə parkda olanda bir nəfər onlara yaxınlaşıb və polis olduğunu deyib: "Məni nişanlımın yanında döyüb 100 manat aldı".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    vb · 12 Fevral 15:3530

    bedbaxt duz deyir zorla pul qopardırlar, formada olanda lap beter. Skameykada oturana, masında oturana cavanlara hamiya yaxınlaşırlar. Bu yazıq skameykada ne asayiş pozur ki, kutlevi toplantı kecirir?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.