Kriminal

Bakıda ər arvadını qısqandı, boğazını kəsdi

12 Fevral 2019 11:11
10 Şərh     Baxış: 1 387

Binəqədi rayonunda qısqanc ər həyat yoldaşını boğazını kəsərək qətlə yetirib.

Milli.Az bildirir ki, hadisə Binəqədi rayonu, İsfahani küçəsi, döngə 1-də baş verib.

Tufan Qurbanov yaşadığı mənzildə bıçaqla həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qurbanova Lalə Həsən qızının boğazını kəsib. Qadın aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Binəqədi RPİ-si 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tufan Qurbanov saxlanılaraq rayon prokuorluğuna təhvil verilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmələr zamanı məlum olub ki, T.Qurbanov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    ... · 12 Fevral 11:1730

    Bu qadın çox yaxşı qadln olub,zəhmətlə övladlarını saxlayırmlş.Allah bəlasını versin "kişinin"

    Cavab yaz
    • Anonim
      Ququ · 12 Fevral 11:3232

      Kisiler ruhi xestedi bunun qarsisi alinmalidi kisiler gorurki oz elinnen hecne gelmir arvadi olduruki dunyadA hecne gormesin

      Cavab yaz
    • Anonim
      Bibi · 12 Fevral 13:4600

      Taniyirsiz. Xanimi?

      Cavab yaz
  • Anonim
    M · 12 Fevral 11:5740

    Man gadinin namussuzluguna cox pis baxiram har seydan avval o oz manaviyyatini alcaldir sonra oz ailasina va naslinin adina laka gatirir agar bela is var idisa kisi bosana bilardi adam oldurmak adi hal alibdir bunun garsisi alinmalidir bunu usaglar gorur va galacak ucun tahlukali camiyyat yetisir

    Cavab yaz
    • Anonim
      Ququ · 12 Fevral 13:3114

      Qadinin gozu basqa kisidedise niye iylenmis ruhi xestenin yaninda qalsin oz gozunuzle gormusuz?

      Cavab yaz
  • Anonim
    Bibi · 12 Fevral 13:4700

    Allah uzaq elesin

    Cavab yaz
  • Anonim
    M-guguya · 12 Fevral 13:5500

    Gadin ailalidirsa gozu basga kisida neca ola bilarki ,nadir onun oz gaygilari dardi sari yoxdur agar kisi iylanirsa gadin ona nazarat yetirmalidir ayni basina ruhi xastalik ayri masaladir artig.

    Cavab yaz
    • Anonim
      Ququ · 12 Fevral 14:5701

      M sen ozun bildin ne dedin men sexsen senin sozuvu basa dusmedim

      Cavab yaz
  • Anonim
    Alina · 12 Fevral 14:4820

    Nə yaxşı bu namus sözü var lüğətdə yoxsa bu nanəciblər elədiyi qələtə nə don geyindirəcəydilər .Birdə heç bir yoldaşına xəyanət edən qadınlar öldürülmür(mən öldürülməsinin tərəfdarı deyiləm ) cünki elələri eləyib altından çıxmağı bacarırlar bu öldürülən yazıq qadınlar axmaq kişiciklərin sözün əsil mənasında qurbanlarıdır.Bu qadın qətliyamlarına son qoymaq lazımdır

    Cavab yaz
  • Anonim
    kama · 12 Fevral 21:2110

    Özünüzü günaha batirmayin Qadin olduqca namuslu və zəgmətkeş idi Sadəcə boşanmaq istədiyinə görə öldürülüb

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.