Kriminal

Tərtərdə qəbirstanlıq oğruları tutuldu

10 Fevral 2019 14:16
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən və qəbirstanlıqdan oğurluq edən rayon sakinləri tutulub.

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqatcisi İsmayıl İsmayılovun "Report"a verdiyi məlumata görə, rayon sakini Nəcəf İbrahimov polis şöbəsinə müraciət edərək, evindən oğurluqedilməsi barədə məlumat verib.

Hadisə əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb.

Bundan başqa, Tərtər RPŞ-in əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan alüminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.

Şübhəli şəxslər dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər. Hər iki faktla bağla araşdırmalar davam etdirilir.

Ötən ayın sonunda da Tərtərdə oğurluq edən şəxslər saxlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.