Kriminal

Qonaq getdiyi evdən külli miqdarda pul oğurlayan şəxs tutulub

10 Fevral 2019 08:38
1 Şərh     Baxış: 991

Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları pul oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    miris · 10 Fevral 10:0410

    Kimi geldi qonag etmeyin neticesi,ozude bu zemanede

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.