Kriminal

Kürəkən qayınatasını bıçaqlayıb

23 Yanvar 2019 23:41
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.

Milli.Az report-a istinadən bildirir ki, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.

İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.