Kriminal

Gəncədə 4 cinayətə görə axtarışda olan şəxs saxlanıldı

23 Yanvar 2019 18:17
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əməliyyatı Gəncənin Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov saxlanılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.