Kriminal

Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi - VİDEO

23 Yanvar 2019 17:34
2 Şərh     Baxış: 4 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Surqut-Moskva reysi ilə uçan təyyarəni qaçıran şəxs stüardessanı yanına çağıraraq, laynerin marşrutunu Azərbaycana doğru dəyişməsini istəyib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın ntv.ru saytı məlumat yayıb. 

Bildirilib ki, Pavel Şapanov daha sonra fikrini dəyişərək, istiqamətin Əfqanıstana doğru dəyişməsini tələb edib.

Məlum olub ki, 41 yaşlı Şapanov Xantı-Mansi sakinidir, ailəli olub, daha sonra isə həyat yoldaşı onun spirtli içki qəbul etməsi və döyülmə səbəbindən ərindən boşanıb. 

Bundan sonra, o, qohumlarının evinə köçüb və meşəbəyi işləyib. O, əvvəllər başqasının əmlakını məhv etdiyi üçün məhkum olunub.

Hadisə zamanı P.Şapanov içkili olub. Saxlanılma zamanı üzərində heç bir silah aşkarlanmayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.