Kriminal

Uşaqlarını amansızlıqla öldürən Kərimovanın istintaqı yekunlaşdı - Əri beynəlxalq axtarışa verilib - VİDEO

22 Yanvar 2019 12:17
3 Şərh     Baxış: 2 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijeqorod vilayətində azyaşlı uşaqlarını öldürməkdə, eləcə də başqasının əmlakını oğurlamaqda ittiham olunan Yelena Kərimova barəsində istintaq yekunlaşdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, şübhəli şəxs ötən ilin aprel ayında kirayəyə götürdüyü KIA markalı avtomobildə 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğaraq öldürüb. O, elə həmin maşında ölmüş qızı və oğlunu Semenovski rayonuna gətirərək orada tərk edilmiş binada meyitləri yandırıb və hadisə yerindən qaçaraq gizlənib.

Y.Kərimovanın əri daha əvvəl soyğunçuluq və quldurluğa görə məhkum olan, hazırda isə Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilən azərbaycanlıdır.

O, müstəntiqlərə açıqlamasında cinayət işini uşaqlarını maddi cəhətdən yaxşı təmin edə bilmədiyinə görə törətdiyini bildirib.

Amma müəyyən edilib ki, qadın avtomobilin icarəsi üçün ayda 40 min rubldan çox xərcləyib, uşaqlarını öldürməzdən az əvvəl isə ölkə xaricinə istirahətə getmək üçün bilet alıb.

Bununla yanaşı, müttəhim Nijni Novqorod şəhərində tanışlarının mənzilində yaşayarkən dəyəri, təxminən, 140 min rubl olan zinət əşyasını oğurlayıb.

Təqsirləndirilən şəxs əvvəlcə cinayəti törətdiyini etiraf edib, lakin sonradan uşaqların ölümündə əli olmadığını iddia etməyə başlayıb. O, nəzarət altında saxlanılır.

Yaxın zamanlarda prokuror tərəfdən təsdiq olunmuş ittiham iddianaməsi ilə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Beynəlxalq axtarışda olan azərbaycanlının arvadı iki övladını öldürdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.