Kriminal

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldular - FOTO

20 Yanvar 2019 16:08
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulublar.

Milli.Az report-a istinadən bildirir ki, rayonun Çökək kənd sakini, Ramin Nüsrəddin oğlu Cavadov mağazasından oğruluq olunması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Zaqatala RPŞ tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğruluqda şübhəli bilinən Zaqatala şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əşrəf Rasim oğlu Hacızadə, Sədullah Ayda oğlu Aydayev və Natiq Vidadi oğlu Aydəmirov saxlanılaraq, istintaqa təhvil veriliblər.

İlkin istintaq zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq, kənd sakininə məxsus mağazadan 100 manat nağd pul, ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

Onların barəsində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.