Kriminal

ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı - VİDEO

18 Yanvar 2019 11:52
4 Şərh     Baxış: 5 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib.

Hazırda şübhəli şəxsin axtarışları davam edir.

Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.

Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu, E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

E.Xəlilov basqın edilən "Fixer Electronic Repair" mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin fotosu yayıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.