Kriminal

Kafe qarşısında öldürülən gəncin dayısı: “Qətlə yetirəni tanıyırıq” - VİDEO - FOTO

17 Yanvar 2019 13:59
2 Şərh     Baxış: 4 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 yanvar, saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunu Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Mərhumun ailəsi isə hadisədən səhər saatlarında xəbər tutub.

Mərhumun dayısı: "Polis şöbəsinə məlumat verilib ki, meyit morqdadır. Dərhal gedib baxdıq ki, həqiqətən də, bacım oğludur. Qətlə yetirəni tanıyırıq, qonşu kənddəndir. Lakin aralarında münaqişə olmayıb. Məsələnin təfərrüatlarını bilmirik. Polislər araşdırırlar".

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.

Mərhum 27 yaşlı Tamerlan Həmidov isə ailəli olub, 3 övladı var. 

Faktla bağlı cinayət  işi başlanılıb. İstintaq davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kafe qarşısında öldürülən gəncin dayısı DANIŞDI: "Qətlə yetirəni tanıyırıq"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.