Kriminal

“Gördüm evin qapısı açıqdır, girdim” - Qonşusunun evini yaran OĞRU - VİDEO - FOTO

16 Yanvar 2019 17:44
1 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev Rayon Polis Şöbəsinə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığını bildirib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb.

O, dindirilmə zamanı əməlini etiraf edərək, heç kimin olmadığı vaxt evə daxil olduğunu, əldə etdiyi pulları isə xərclədiyini deyib.

Cəmil Daşdıyev - saxlanılan şəxs: "Üç, dörd radələrində gördüm qonşumuzun evinin qapısı açıqdır. Girdim evə, sandıq tapdım, oradan 1600 manat pul götürüb çıxdım. Son 3 gün ərzində pulları xəclədim. Etdiyim əmələ peşmanam".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.