Kriminal

Bakıda quldurluq - Parkda gənci ülgüclə hədələyib fotoaparatını almaq istədi

16 Yanvar 2019 21:26
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində quldurluq edən şəxs cinayət başında yaxalanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Polis əməkdaşları tərəfindən onun Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib.

Səbail RPİ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.