Kriminal

“Dedilər filankəslədi, qapı bağlıdır” - Arvadını yandırıb, oğlunu öldürən ömürlük məhkum - VİDEO - FOTO

14 Yanvar 2019 15:43
6 Şərh     Baxış: 3 789

Milli.Az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb. 

Lazimat Vəliyev - Məhkum (Cəzası: Ömürlük həbs): "Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim. Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim. Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər? Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik. Mənə 15, digərlərinə də 8 il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də 4 il çıxdılar. Xanımımı istəyib qaçırtmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum. Elə oldu ki, dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır? Dükan sahibiylə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxartdım pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracam. Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədi.

Saat 1 olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim bir az. Həmin gün də yağış yağırdı. Saata baxdım ki, 3-ə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım. Bilsəydim ki, oğlum oradadır etməzdim. Oğlum da orada idi. Rusiyaya getdim. 1 ay işləyəndən sonra dayana bilmədim qayıtdım. Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib. Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq.

Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi. Dedi ki, paltarları görürsən də? Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq. Dedim onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Dedilər filankəslədi, qapı bağlıdır" - Arvadını yandırıb, oğlunu öldürən ömürlük məhkum

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ququ · 14 Yanvar 16:0500

    Arvadi oglu öldü yoxsa yox bilen varsa deyin

    Cavab yaz
  • Anonim
    Men · 14 Yanvar 16:1721

    Ona göre qız alanda ancaq maraqlanıb yaxşı aileden qız almaq lazımdı bu yazıq o arvadının zibiline düşüb eger dediyi kimidirse

    Cavab yaz
    • Anonim
      Köhnə · 14 Yanvar 22:2900

      11 il.sonra 15-4 il.Sən arvadı neynirdin?Arvad seni neynirdi?Ruslariın bir misalı var.özləri riayet eləməsələrdə.təxminən belədi.Sən öpməsən arvadinı,başqaları öpəcək.

      Cavab yaz
  • Anonim
    tt · 14 Yanvar 16:2951

    Dedilər filankəslədir. Sən əvvəl əmin olardın, bəlkə elə o deyənin dili kəsilməli idi. Belə çıxır ki, arvadın günahı olmayıb, yoxsa oğlu yanında olardımı?

    Cavab yaz
  • Anonim
    Bakili · 14 Yanvar 18:5021

    Mənim səlahiyətim olsaydi bunu əff edərdim gedərdi. Yaniki türmədən cixarib azadliga buraxardim. Çünki bu insanin üzündəndə görsənirki pis adam deyil. Arvadi pis cixib cox heyif

    Cavab yaz
  • Anonim
    Leyla · 16 Yanvar 22:3200

    Bakiliya,onu bilmek olmaz o qeder üzü melek daxili iyrenc adamlar varki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.