Kriminal

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

14 Yanvar 2019 15:02
0 Şərh     Baxış: 757

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 94 nəfər saxlanılır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin ötən ilin noyabr ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 21-i təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 20-si kişi, 1-i qadın, məhkumların isə 65-i kişi, 8-i qadındır.

Azərbaycan vətəndaşları Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 16%-ni təşkil edir.

Gürcüstanda 46 ölkənin, ümumilikdə, 588 vətəndaşı həbs cəzası çəkir ki, Türkiyə vətəndaşları onların arasında 124 nəfərlə birinci yerdədir.

Qonşu ölkənin cəzaçəkmə müəssisələrində 118 İran, 75 Rusiya, 27 Ermənistan vətəndaşı saxlanılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.