Kriminal

Cəlilabadda dəhşət: 27 yaşlı oğlanı taksidə döyüb öldürdülər

14 Yanvar 2019 11:11
1 Şərh     Baxış: 2 650

Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə taksidə baş verib.

Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.

O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ququ · 14 Yanvar 12:2010

    Qiyamet gelir bu nedi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.