Kriminal

Ukraynada quldurluqda ittiham olunan azərbaycanlı Polşada saxlanıldı

14 Yanvar 2019 09:28
0 Şərh     Baxış: 585

Polşanın Qdansk şəhərində Ukraynada cinayət törətmiş, 1990-cı il təvəllüdlü, əslən Azərbaycanın Gəncə şəhərindən olan Müseyibov Elşən Musa oğlu saxlanılaraq geri təhvil verilib.

Milli.Az-ın report- a istinadən verdiyi məlumata görə, E. Müseyibov Ukraynanın Rovno (qərbi Ukrayna) şəhərində silsilə quldurluq hadisəsi törətmiş mütəşəkkil cinayətkar dəstənin aparıcı üzvlərindən biri kimi axtarışa verilib.

Ukrayna vətəndaşı olan azərbaycanlı hazırda ölkəsinə gətirilib, Rovno şəhər məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.