Kriminal

Bakıda dəhşətli ailə dramının detalları məlum oldu

13 Yanvar 2019 08:09
11 Şərh     Baxış: 5 532

Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları - Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin.

Milli.Az bildirir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını "Sputnik Azərbaycan"a açıqlayıb.

Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Dadaşovun arvadını qətlə yetirməsinə qısqanclıq səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.

Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb: "Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq".

Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb. Amma Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.

İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyib və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıb. Hadisədən beş gün qabaq Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib. O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb. Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birilərini qarşılıqlı ittiham edib və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. Amma sən demə, kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.

Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Ququ · 13 Yanvar 08:3095

    Baxin qadina fedakarlix edif zombi kisiyle barisif kiside arzusuna catif oldurdu arvadi serliyirdi exlaqsizlix etdiyini deyirdi hemde barismax istiyirdi bele manyak kisiler oz elinnen hecne gelmir pul qazanmagi bacarmir arvad bosanmax istesede kisi el cekmir camatin qizini oldururki xos gun gormesin bezileri xeste bas kisileri gormurler yazix qadinlari gunahlandirirlar internetde oturuf basqa kisiynen goruf gozlerinnen gormediyi qadinlari gunahlandirirlar bele qadinlarda gunah goruremki ermeni vehsiliyinnen qacmirlar barisirlar

    Cavab yaz
  • Anonim
    /// · 13 Yanvar 09:13200

    Bu dünyada 7,8 il həbsdə qalıb çıxacaqsan, ancaq Allahın əbədi cəhənnəm əzabından heç vaxt çıxmayacaqsan ay Alçağ!

    Cavab yaz
  • Anonim
    Лейла · 13 Yanvar 09:41140

    Belesine olum hokmunden basqa ne ceza versen azdir.Alcaq!!!

    Cavab yaz
    • Anonim
      Ilkin · 13 Yanvar 13:5806

      Cox aqresiyali yazirsiz

      Cavab yaz
  • Anonim
    Resid-32 · 13 Yanvar 09:5370

    ysaqlara yaziq((

    Cavab yaz
  • Anonim
    Yazıq · 13 Yanvar 10:21110

    ölənə oldu, cox heyif. Heyif ki bu cur alcaq kişiciyə inanıb evə buraxıb onu. Umumiyyətlə övladlarını göturub birdəfəlik uzaqlaşmalıydı bu manyakdan . Barışmaq ölumlə nəticələndi. Uşaqlar da qaldı ortalıqda .

    Cavab yaz
  • Anonim
    Romka · 13 Yanvar 11:5105

    Yalniz ushaqlara yaziq oldu. Allah komeyleri olsun ushaqlarin. Ikiside eyni tip adam olubki biri oldu obiri getdi sroka. Olan korpelere oldu

    Cavab yaz
  • Anonim
    Cicek · 13 Yanvar 13:2670

    Yaxsi ki bu qisqancliq sozu var behane edirler Her gun yaziqi doyurmus

    Cavab yaz
  • Anonim
    Z.Z · 13 Yanvar 15:1760

    YAZIQ USAQLAR QALDILAR ELLERDE.BELE KISILERIN OKU KESILSIN

    Cavab yaz
  • Anonim
    Ayla · 13 Yanvar 23:2700

    He de, doyun oldurun,sonra da adini qoyun qisqancliq,aldatma ve sair. Yazig day olub getdi,cavab da vere bilmeyecek. Serefsiz alcaqlar. Bu usaqlarin axiri ne olacaq ay eclaf,mundar mexluq.

    Cavab yaz
  • Anonim
    offffffffffffff · 13 Yanvar 23:2900

    Bayag bir vekil vardi,kisiler qadinlari bosayirmis mis,qadinlar erlerini aldadirmis mis deyirdi, statistika sayina ne deyim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.