Kriminal

İki dostun ağız dolusu danışdığı kombi oğurluğu - VİDEO - FOTO

11 Yanvar 2019 15:14
1 Şərh     Baxış: 1 214

Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində evlərə daxil olaraq kombi aparatları və digər qiymətli məişət əşyaları oğurlayan Cəlilabad rayon sakini Fərid Əliyev və Şabran rayon sakini Simran Məmmədzadə yaxalanıb. Onlar ifadələrində iki mənzildən oğurluq etdiklərini bildiriblər.

Saxlanılan şəxslərin oğurluq niyyəti ilə daxil olduqları evlər Əliyevin yaşadığı ünvanın qonşuluğunda yerləşir. O, qonşuları evdə olmadığı zaman Simran Məmmədzadə ilə birlikdə həmin evlərdən oğurluq etdiyini bildirib.

Fərid Əliyev - saxlanılan şəxs: "İki evə girdik, ikisini də mən dedim. Girdik kombi və başqa əşyaları götürdük".

Simran Məmmədzadə - saxlanılan şəxs: "Mən çöldə durdum Fərid içəri girdi. Kömək etdim kombini gətirdik evə sonra Fərid adam tapıb satdı".

Suraxanı RPİ-nin İstintaq Şöbəsində başlanan araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İki dostun ağız dolusu danışdığı kombi oğurluğu

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    777 · 11 Yanvar 15:2911

    Evveller olduğu kimi zavodlar ve fabrikler isleseydi genclerimiz heyatlarini tehlûkeye atib oğurluq etmezdiler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.