Kriminal

Rusiyadan gələn avtobusda qanunsuz mallar aşkarlanıb - FOTO

11 Yanvar 2019 13:52
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Setra Kaessbohrer" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan 14 600 ədəd mobil telefon üçün örtüklər, 6 000 ədəd mobil telefon silmək üçün salfetlər və 80 ədəd plastik qabda maye yağlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.