Kriminal

Rusiyadan gələn Azərbaycan vətəndaşında güclü təsiredici maddə aşkarlandı

11 Yanvar 2019 12:25
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində "PGN 300" yazısı olan 11 kapsul "Lyrica (preqabalin)" dərman pereparatı aşkar olunub.

Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.