Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən, 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Milli.Az report-a istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Heydərovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.
Sabunçu rayon Polis idarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.
İlkin məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.
Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən 6 yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.
Belə ki, mərhum məhləyə qızla gəlib. Bunu görən E.Heydərov ona əvvəl irad bildirib, sonra aralarında mübahisə düşüb. Nəticədə E.Heydərov N.Həziyevi öldürüb.
Milli.Az