Kriminal

“Döyüb öldürürdülər, zorla meyitimi çıxardılar” - Odun üstündə kütləvi dava - VİDEO - FOTO

10 Yanvar 2019 12:07
2 Şərh     Baxış: 6 121

Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini, 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. 

Zamin Quliyev - Zərərçəkən: "Getdim odun gətirməyə, dedi, kim idi çağıran? Dedim, biz idik, dedi, yaxşı, çıxdı getdik. Sonra əmisinin yoldaşı, 3, 4 nəfər də başqa uşaqlar ilə əllərində lom, "mantirovka" ilə məni vurmağa başladılar. Döyüb öldürürdülər, zorla meyitimi oradan çıxardılar. Əlimi qabağa verdim ki, sifətimə dəyməsin, boynumun arxasına vurandan sonra huşum gedib heç nə xatırlamıram".

Elimira Həsənqızı - Zərərçəkənin anası: "Gedib qapımıza odun alıb gətirməyə. Tökülüb körpəmi ölürmək istəyiblər. Oğlumun paltarı qan içindədir".

Davanın daha 2 iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Oğuzda kütləvi davada 2 nəfər xəsarət alıb

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Yusif · 10 Yanvar 15:0420

    Quduzlaşib millet

    Cavab yaz
    • Anonim
      demə- demə · 11 Yanvar 11:4600

      İndi hər kəs yaşam uğrunda mücadilə edir. Vəhşi təbiətdə olduğu kimi.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.