Kriminal

Xaçmazda narkotik alverçisi tutuldu - FOTO

9 Yanvar 2019 18:19
0 Şərh     Baxış: 1 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xudat şəhər sakini, 35 yaşlı Zaur Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Z.Əliyevin üzərinə keçirilən baxış zamanı ondan bir ədəd kağız bükümdə çəkisi 1,378 qram olan qurudulmuş marixuana aşkar edilib.

Zaur Əliyevin ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində yerləşən evinin yaxınlığında narkotik maddə gizlətdiyi də məlum olub. Hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı orada yerləşən dəmir borunun içərisindən sellofan torbada ümumi çəkisi 435 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Z.Əliyev narkotik vasitələrinin istifadəçisi olduğunu və aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün gizlətdiyini bildirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.