Kriminal

Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi

9 Yanvar 2019 17:35
0 Şərh     Baxış: 440

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı N. Qələndərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

İttihama görə, ötən il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşərək Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb.

Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar.

N.Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib.

Polis əməkdaşlarının araşdırmaları ilə məlum olub ki, N.Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.