Kriminal

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

15 Dekabr 2018 18:50
2 Şərh     Baxış: 2 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan İlqar Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az-ın virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə dövlət ittihamçısı İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs isə ona elan olunan ittihamla razılaşmayıb və qətldən xəbərsiz olduğunu bildirib. Əvvəllər də məhkumluq həyatı yaşayan İ.Əliyev cəsədi tapdığını və bu barədə polisə məlumat verdiyini deyib: "15 il həbsxanada yatmışam. Həmin adamı öldürsəydim, özüm gedib polisə məlumat verərdimmi? Meyiti özüm tapmışam. 3 ay 14 gün sonra meyiti görüb polisə getmişəm. Dedim ki, belə bir cəsəd var. Mənim cəsədi gizlətmək imkanım olduğu halda polisə xəbər verməyim nə deməkdir? Qətl törədən adam bunu edər? Niyə mən başqasının yerinə cəza çəkməliyəm?"

Təqsirləndirilən şəxs qətl hadisəsi baş verən gün başqa bir nəfərlə mübahisə etdiyini, ona bıçaqla xəsarət yetirdiyini, həmin şəxsin oradan qaçdığını, üç ay sonra isə qətl hadisəsinə görə həbs olunduğunu söyləyib: "Hər şeydən bezmişdim. Azadlığa çıxandan sonra ölkədən getmək istəyirdim, amma çıxışıma icazə vermədilər. Mən Qarabağ döyüşlərinin iştirakçısıyam, batalyon komandiri, kəşfiyyatçı olmuşam. Ona görə ölkədən buraxmadılar ki, kəşfiyyatçı kimi dövlət sirrlərini bilirsən. Sonra da başıma bu hadisə gəldi".

Məhkəmə prosesi dekabrın 25-də davam edəcək.

İttihama görə, İlqar Əliyev tanışı Mirəli Seyidovla birlikdə yeyib-içdikdən sonra onların aralarında mübahisə düşüb. Mübahisə əlbəyəxa dava-dalaşa çevrilib. İ.Əliyev üzərində olan bıçaqla Mirəli Seyidova bir neçə zərbə endirib. M.Seyidov hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən İ.Əliyev isə ittihamla razılşamır. O, ailəsindən ayrı yarımçıq tikililərdə yaşadığını, özünü fəhləlik etməklə dolandırdığını deyib. O, mərhumla Bakıda kafelərdən birində tanış olduğunu, bir neçə dəfə birlikdə içki içdiklərini etiraf edib. Sonuncu dəfə isə hər ikisi sərxoş olanda aralarında mübahisə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.