Kriminal

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadının başını kəsdilər

15 Dekabr 2018 16:37
2 Şərh     Baxış: 3 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 65 yaşlı Bəsti Məmmədova qətlə yetirilib.

Milli.Az xəbər verir ki, bu barədə report-a kənd sakinləri məlumat veriblər.

B.Məmmədovanın meyiti bu gün səhər saatlarında yaşadığı evin zirzəmisində başı kəsilmiş halda aşkar olunub. Zirzəmidə meyitin basdırılması üçün qəbir də qazılıb.

Qətlin beş gün öncə törədildiyi məlum olub. B.Məmmədovanı öz qardaşı oğlu Nicat Məmmədov qətlə yetirib. Hadisənin səbəbi məlum deyil.

N.Məmmədovun çoban olduğu və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Qətl törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.