Kriminal

Gürcüstanda Azərbaycan vətəndaşlarına qənim kəsilən qruplaşmanın üzvü saxlanıldı

15 Dekabr 2018 16:50
0 Şərh     Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Kvemo Kartli bölgəsində soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslərdən ikisi Rustavi şəhərində yaşayış evindən mobil telefon, pul və zinət əşyaları oğurlayaraq hadisə yerindən qaçıb. Oğurlanan əşyalar maddi sübut kimi müsadirə olunub.

Saxlanılan digər 1997-ci il təvəllüdlü R.İ. adlı şəxs isə cinayət ortaqları ilə birgə Rustavidə Azərbaycan vətəndaşlarını ölümlə hədələyərək onlardan 9 500 dollar məbləğində pul əldə edib. Polis həmin şəxsin cinayət ortaqlarının saxlanılması istiqamətində intensiv istintaq tədbirlərini davam etdirir.

Cinayətkarları 8 ildən 12 ilədək həbs cəzası gözləyir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.