Kriminal

"Dedi ki, başını kəsəcəm" - Əri tərəfindən atası evində öldürülən gəlinin anası DANIŞDI - VİDEO - FOTO

15 Dekabr 2018 12:42
7 Şərh     Baxış: 5 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özümü atdım qızın üstünə, yenə də məni öldürmədi, qızı öldürdü.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Yevlax rayonunun Nemətabad kənd sakini, 1989-cu il təvəllüdlü Saday Sadıqov iki uşaq anası olan həyat yoldaşı, 30 yaşlı Vəfa Sadıqovanı atası evində amansızcasına qətlə yetirib.

Hadisə mərhumun anası, Saray Abışovanın gözü önündə baş verib. S.Abışova bildirir ki, hadisəyə kürəkəni S.Sadıqovun çobanlıq etdiyi təsərrüfatdakı bir neçə baş qoyunu satması səbəb olub.

Belə ki, V.Sadıqova bir neçə gün öncə atası evindən qoyunların saxlandığı təsərrüfata gedəndə heyvanların sayının azaldığını görüb. V.Sadıqova Sadaydan qoyunları hara satdığını soruşanda S.Sadıqov əsəbləşərək onu vurub. Bununla da ailə münaqişəsi yaranıb. V.Sadıqova övladını da götürərək atası evinə qayıdıb. Hadisə də bundan sonra baş verib.

Bir neçə gün sonra Saday V.Sadıqovanın atası evinə gələrək qayınanasının gözü qarşısında onun qızına kürək və ürək nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirib.

Saray Abuşova - mərhumun anası: "Qıznan evdə oturmuşduq. Bir də gördüm özünü atdı içəri əlində də bıçaq. Nə qədər çalışdım ki, əlinə vuram. Dedi, içəri girmə, səni öldürərəm. Özümü atdım qızın üstünə, yenə də məni öldürmədi, qızı öldürdü".

Çoxlu qan itirən gəlin kömək üçün yaxınlıqda yaşayan dayısının evinə qaçıb. Elə orada huşsuz vəziyyətdə yerə yıxılaraq dünyasını dəyişib.

Cahangir Sadıqov - mərhumun dayısı: "Qaçıb gəldi, qapının ağzında yıxıldı. Oradan sürüdülər içəri. Qız gələndə arxasıyca da Saday gəldi, bıçaq da əlində. Dedi, başını kəsəcəm onun. Dedim, dəli olmusan? Bıçağı tutub əlindən aldım. Sonra da çıxdı qapıdan".

Saday Sadıqov oradan qaçmaq üçün qarşısına çıxan hər kəsi bıçaqla hədələyərək kəndi tərk edib.

Polis isti izlərlə S.Sadıqovu saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Dedi ki, başını kəsəcəm" - Əri tərəfindən atası evində öldürülən gəlinin anası DANIŞDI

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.