Kriminal

Azərbaycan vətəndaşı Dağıstanda tanışını qətlə yetirib

12 Dekabr 2018 07:48
0 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, 48 yaşlı azərbaycanlıya qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.

İstintaqın fərziyyəsinə görə, dekabrın 10-u yerli vaxtla saat təqribən 15:00-da şübhəli şəxs münaqişə zəminində 50 yaşlı rayon sakininin döş nahiyəsinə 3 bıçaq zərbəsi vurub. Zərərçəkmiş hadisə yerində ölüb.

Hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.