Kriminal

“Məni buna o vadar etdi” - Bacanağına olan acığını heyvanlardan çıxdı - VİDEO - FOTO

11 Dekabr 2018 11:22
1 Şərh     Baxış: 2 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Araşdırmalarla hadisənin qəsdən törədildiyi məlum olub.

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.

Dindirilmə zamanı F.Ağamirzəyev əməlini etiraf edərək, zərərçəkənlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olub, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istəyib.

Fərahim Ağamirzəyev - Saxlanılan şəxs: "İçkili idim, bacanağımdan qisas çıxmaq üçün gedib tövləsini yandırdım. Mənə pul borclu idi, vermirdi. İçkili olmasaydım, etməzdim. Beynimə düşdü, etdim. Peşmanam, o, özü də peşman olmalıdır. Məni buna vadar edən odur".

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Məni buna o vadar etdi" - Bacanağına olan acığını heyvanlardan çıxdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.