Kriminal

Toydan qayıdarkən evindən oğurluq edildiyini görüb... - 2900 manat

10 Dekabr 2018 22:03
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabranda mənzildə oğurluq hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, rayonun Z.Əliyeva küçəsinin sakini Tərlan Əmirağa oğlu Rəsulov ailə üzvləri ilə birlikdə toydan qayıdarkən evindən oğurluq edildiyini görüb.

O, hadisə ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət edib. T.Rəsulov mənzilindən 2900 manatın oğurlandığını bildirib.

T.Rəsulovun həyat yoldaşı stress vəziyyətinə düşdüyündən ailə üzvləri təcili tibbi yardıma müraciət edib və qadına ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.