Kriminal

Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxsə hökm oxundu

7 Dekabr 2018 14:32
0 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyevi qətlə yetirən şəxsə hökm oxunub. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. 

Rustavi Şəhər Məhkəməsinin qərarına əsasən, müttəhim 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilib ki, T.V. adlı şəxs bu ilin mayın 5-də gecə saatlarında münaqişə zəminində ov tüfəngi ilə N.Vəliyevi qətlə yetirərək meyitini Xram çayına atıb və hadisə yerindən qaçıb.

N.Vəliyevin meyitini mayın 7-də səhər saatlarında kənd çobanı meşədə tapıb.

T.V. avqustun 5-də saxlanılıb və ona qarşı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.