Kriminal

Gürcüstanda azərbaycanlı mollanı qəbiristanlıqda döydülər

6 Dekabr 2018 14:01
1 Şərh     Baxış: 1 830

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib.

E.Sadıqov həmkəndilisi Mirəli Həsənov tərəfindən döyüldüyünü bildirib. O hesab edir ki, döyülməsinə "Facebook" sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılığını ifadə etdiyi video müraciət səbəb olub. Xəsarət alan şəxs bildirib ki, polis artıq bir aydır onun evindən qiymətli əşyaların oğurlanması ilə bağlı cinayətin üstünü aça bilmir.

Molla döyülməsi ilə bağlı "112" xidmətinə zəng vursa da, polis faktla bağlı araşdırmaya başlamayıb. E.Sadıqov özü polis bölməsinə gedəndən sonra polis araşdırmaya başlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi E.Sadıqovun ittihamlarını qəbul etməyib.

Nazirlik faktla bağlı zorakılıq maddəsi üzrə cinayət işi başlayıb. 

Polis mollanın döyülməsində şübhəli bilinən M.Həsənovu artıq dindirib. Onu günahı sübuta yetiriləcəyi təqdirdə cərimə və ya 120 saatdan 180 saatadək ictimai işlər, 6 aydan 1 ilədək ev dustaqlığı yaxud da 1 il müddətinə həbs cəzası gözləyir.

E.Sadıqov hazırda Marneulidə xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.  

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ayinka · 6 Dekabr 15:1700

    Yeyqin duzgun oxumuyub doyubler,))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.