Kriminal

Bakıda sərnişin taksi sürücüsünü qarət etdi - 150 manatını alıb qaçdı

21 Noyabr 2018 23:05
0 Şərh     Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda taksi sürücüsü naməlum şəxs tərəfindən qarət edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Xətai rayonu ərazisində baş verib.

1991-ci il təvəllüdlü Həsənov Fuad Elçin oğlu polisə müraciət edərək bildirib ki, taksi sürücüsü kimi idarə etdiyi "Hyundai Accent" markalı 99 KL 207 dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir sərnişini sifariş əsasında Xətai rayonu, Saroyeva küçəsi, ev 13-ün qarşısına gətirdiyi zaman sərnişin onun 150 manat pulunu əlindən alaraq qaçıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.