Kriminal

Binəqədi rayonundakı yanğın hadisəsinə görə həbs edilən "JEK" müdiri azadlığa çıxdı

20 Noyabr 2018 18:23
4 Şərh     Baxış: 1 326

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.

Milli.Az report-a istinadən bildirir ki, onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb.

N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    maqa · 20 Noyabr 18:2823

    puluna minnet

    Cavab yaz
  • Anonim
    Bakili · 20 Noyabr 20:1212

    Puluna minnet olsaydi 3 il yarim turmede yatmazdi

    Cavab yaz
    • Anonim
      maqa · 20 Noyabr 20:3911

      16 neferin olumune 3 yarim cox oldu ele bil he?

      Cavab yaz
  • Anonim
    ..... · 20 Noyabr 20:5110

    Yaziq jek reisi neylesin onun günahi yoxdur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.