Kriminal

“Nə varsa, götürürdüm” - 20 yaşlı oğrunun gecə 2-dən sonrakı “məharət”i - VİDEO - FOTO

20 Noyabr 2018 13:06
0 Şərh     Baxış: 3 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda 20-ə yaxın avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, 20 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

O, bu vaxta qədər 20-ə yaxın avtomobili qarət etməkdə şüphəli bilinir. Əsasən gecə saatlarında avtomobillərin şüşələri sındırılıb və oğurluqlar törədilib. 

İsmayıl Məmmədov - saxlanılan şəxs: "Gecə 02:00-dan sonra Masazır, Xırdalan, Abşeron ərazilərində oğurluq edirəm. Həyətdə,"moykada" saxlayırlar. Şüşəni qırıb, maşının içinə girirəm. Əsasən pul, qızıl daha çox bunlara üstünlük verirəm. Onlar olmayanda saat, maqnitafon, nə varsa hamsını götürürdüm. Sata bildiklərimi satırdım".

Əvvəllərdə məhkumluq həyatı yaşayan İsmayıl Məmmədovun digər cinayət əməllərində iştirakı istisna edilmir.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Abşeronda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.