Kriminal

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanıldı - VİDEO - FOTO

17 Noyabr 2018 15:25
1 Şərh     Baxış: 2 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Rustavi şəhərində "oğru aləmi"nə üzvlükdə ittiham olunan 1980-ci il təvəllüdlü əvəllər məhkum olunmuş A.Q. adlı azərbaycanlı saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Qardabani rayon sakininə hədə-qorxu gələrək ondan 3 min dollar məbləğində pul tələb edib. Məbləğin ödənilməyəcəyi təqdirdə o, həmin şəxsin Rustavidə və Lilo bazarındakı obyekti, evinə və avtomobilinə ziyan vuracağı ilə bağlı şantaj edib.

DİN iki şəxs arasında olan telefon danışığının səs yazısını da yayıb.

A.Q. adlı şəxsin "qanuni oğru" "Lotu Quli"nin adından hədə-qorxu gəldiyi məlum olub.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gürcüstanda "Lotu Quli"nin adamı saxlanılıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.